Prezident İlham Əliyevin 28 yanvar 2025-ci il tarixində keçirdiyi müşavirədə verdiyi bəyanatlar ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni mərhələyə keçidini göstərir. Son illərdə həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə baxmayaraq, Bakı şəhərində və digər bölgələrdə nəqliyyat problemlərinin davam etməsi yeni yanaşmaların və strateji planların tətbiqini zəruri edir. Bakı şəhərinin sürətlə artan əhalisi və nəqliyyat yükü, infrastrukturun mövcud imkanlarının bu artımı tam şəkildə qarşılamasına mane olur. Dövlət tərəfindən son illər ərzində mühüm layihələr həyata keçirilib: yeni metro stansiyaları, yol qovşaqları, körpülər və tunellər inşa olunub. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni dövlət proqramının qəbul edilməsi və tətbiqi şəhərdə nəqliyyat axınının tənzimlənməsi üçün zəruridir.
Azərbaycanda nəqliyyat infrastrukturu son illərdə böyük inkişaf yolu keçib. Xüsusilə, avtomobil yolları, dəmir yolu xəttləri, beynəlxalq hava limanları və limanlar sahəsində ciddi yatırımlar edilmişdir. Bu infrastruktur layihələri, Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirir və regionun mərkəzindəki mövqeyini nəzərə alaraq, həm daxili, həm də xarici ticarət əlaqələrini asanlaşdırır.
Bakının Beynəlxalq Dəniz Ticarət Limanı, Qazaxıstanla birgə həyata keçirilən layihələr və Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bu inkişaf daha da sürətlənəcək. Həmçinin, Azərbaycanın Avrasiyanın nəqliyyat koridorlarındakı rolu önəmli ölçüdə artacaq.
Azərbaycanın nəqliyyat sektoru sürətlə inkişaf edir və regionda strateji əhəmiyyət kəsb edir. Yeni layihələrin həyata keçirilməsi, xüsusilə də dövlət proqramları vasitəsilə şəhər nəqliyyatının tənzimlənməsi və beynəlxalq dəhlizlərin daha səmərəli idarə olunması, ölkənin uzunmüddətli iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi