Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevriləcək

Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Təbii ki, qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin xüsusi əhəmiyyətini nəzərə alaraq, son dövrdə İran və Rusiya istiqamətində yeni kommunikasiyaların yaradılmasına xeyli investisiya yatırmışdır ki, bu da ölkənin beynəlxalq aləmdəki etibarlı tərəfdaş imicini gücləndirmişdir. Bundan əvvəl, ölkəmizin liderliyi ilə BTQ-nin və Bakı. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər “Şimal-Cənub” layihəsinin reallaşması işini bir qədər gecikdirsə də, bu problemin Azərbaycanla bağlı olmadığı aydındır. Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirmiş və istismara qəbul etmişdir. Çıxışında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur: “Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir” Prezident qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.Eyni zamanda perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Ölkə prezidenti bu barədə çıxışında söylədi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı