Azərbaycan yaşıl enerjinin öncül təşviqatçılarından biridir

Azərbaycan özünün yaşıl gündəliyi ilə istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində qlobal səylərə mühüm töhfə verməkdədir. Lakin aydındır ki, yaşıl gündəlik yalnız dövlətlərin vədlərindən və götürdüyü iddialı öhdəliklərindən ibarət deyil, ciddi səy tələb edir. Aydındır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Lakin ötən dövrün təcrübəsinə nəzər salsaq, Azərbaycan özünün inkişaf strategiyasında hələ çox-çox əvvəldən, 2004-cü ildən etibarən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqinə əhəmiyyətli yer verməkdədir. Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Bundan başqa qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. Təbii ki, bu amil yeni baxış rakursuna malik qlobal sərmayədarlar üçün özlüyündə ən azı Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Nəticə etibarilə ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Üstəlik Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Proseslərin bu cür inkişafı daha bir reallığı – Azərbaycanda yaxşı sərmayə mühitinin olmasını meydana çıxarır ki, müsahibədə Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət çəkir. Nəticədə, neft və qaz istehsalçısı qismində olduğu kimi Azərbaycan qlobal miqyasda bərpaolunan enerji sahəsində strateji tərəfdaş kimi özünAzərbaycan da enerji transformasiyasını uğurla həyata keçirən ölkələr sırasında yer alır. Azərbaycanın COP29 tədbirinə evsahibliyi hüququ qazanması bir tərəfdən ölkəmizin və onun Liderinin bütün dünyada artan nüfuzu ilə bağlıdırsa, digər tərəfdən də respublikamızın enerji transformasiyasına göstərdiyi qətiyyətli siyasi iradə ilə şərtlənir. Məqalədə xüsusi olaraq ona diqqət çəkilib ki, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının 30 faizə çatdırılması məqsədilə “yaşıl enerji” mənbələrinin inkişafı Azərbaycanda prioritet istiqamət olaraq müəyyənləşib təsdiq edə bilməkdədir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı.