AnalitikaGündəm

Azərbaycan Vətən müharibəsinin hər günündə olduğu kimi, yeni-yeni tarixi səhifələr yazır

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Müharibədən ötən müddət ərzində bu iki iqtisadi rayonun müxtəlif ərazilərində lazımi infrastrukturlar yaradılıb və Böyük qayıdışa start verilməsi üçün mühüm işlər görülüb. Hazırda bölgədə quruculuq sürətlə davam etdirilir. Artıq Qarabağ və Şərqi Zəngəzur sakinlərini qarşılamağa hazırlaşır. Azərbaycan isə Vətən müharibəsinin hər günündə olduğu kimi, yeni-yeni tarixi səhifələr yazır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də gediş-gəliş baxımından yolların inşası təxirə salınmadan həyata keçirilir. Hazırda  dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 15 avtomobil yolunun tikinti işləri davam etdirilir.

Bu il Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının istifadəyə verilməsi planlaşdırılır. İlin sonuna qədər 8 yol infrastrukturu tam hazır vəziyyətdə olacaq.

Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir.

Həmin layihələrin və xüsusən də ən mühüm tunellərin tikildiyi ərazi Kəlbəcər və Laçına gedən yolların üzərindədir. Burada mühüm layihələrdən biri də Göygöllə Kəlbəcəri birləşdirən və uzunluğu 81 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu yoludur. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 12 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Bu tunel dünyanın ən uzun tunellərindən biri olacaq.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button