Azərbaycan və Slovakiya arasındakı münasibətlərin inkişafı hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir
Azərbaycan və Slovakiya münasibətlərinin əsası 1993-cü ildə qoyulmuşdur. Slovakiya Respublikası Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. İki ölkə arasında əməkdaşlıq müxtəlif sahələr üzrə həyata keçirilir. Bunlardan enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahələrinin adlarını çəkmək mümkündür. Xüsusilə enerji sahəsində mühüm addımlar atılmış və bir çox beynəlxalq əhəmiyyətli sənədlər imzalanmışdır.
Azərbaycan və Avropa İttifaqı arasında qaz və enerji sahəsində strateji tərəfdaşlıq icra edilir. Azərbaycan qaznın Avropaya ixracı 8 milyard kubmetrdən 12 milyard kubmetrə qaldırılması nəzərdə tutulur. Bununla yanaşı ölkəmizdə yeni qaz yataqları kəşf edilir, hətta bəzi yataqlarda artıq istismara başlanılmışdır. Hazırda Azərbaycan öz təbii qazını 8 ölkəyə ixrac edir və ola bilsin ki, bu ölkələrdən biri də Slovakiya Respublikası olsun. Çünki, Həmrəylik Halqası sənədi çərçivəsində təbii qazı Slovakiya bazarına nəql etmək üçün imkanlar yaranıb.2024-cü ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri baş tutmuşdur və bu səfər zamanı Azərbaycan və Slovakiya arasında gələcək perspektivli mühüm sənədlər imzalanmışdır. Bu sənədlər arasında Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” kimi sənədlər mühüm yer tutur.
Hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında ən böyük faktorlardan biri qarşılıqlı səfərlərin həyata keçirilməsi və qarşılıqlı faydalı münasibətlər əsasında bir çox bəyənnamə və sənədlərin imzalanmasıdır. Hər iki dövlətin dövlət başçıları arasında münasibətlər də təbii ki, bu sahədə mühüm əməliyyat kəsb edir.
Zərxanım Abbasova,
YAP-ın fəalı