İqtisadiyyat
Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir
İqtisadi Zonaların İnkişafı Agentliyi, Maşın və avadanlıq istehsalçıları Assosiasiyası və Özbəkistanın “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək.