Eyni ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına çıxır. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir: “Bu gün cərəyan edən hadisələr bir daha qardaşlıq münasibətlərini isbat edir. Elə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və Mərkəzi Asiya ölkələrinin Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinə dəstək olması bunu bir daha təsdiqləyir. Məhz, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Məsələn, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Dünyada baş verən təhlükəli qarşıdurmalar fonunda Prezident İlham Əliyevin TDT-yə üzv olan ölkələrə müntəzəm səfərləri bir daha təsdiq edir ki, Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır və bu yol Asiya ilə yanaşı, Avropanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Liderinin müəyyən etdiyi siyasi xətt nəticə etibarilə bölücülüyə deyil, əksinə, Asiya və Avropa ölkələri arasında bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığın genişlənməsinə, ortaq təhlükəsizliyin güclənməsinə xidmət edir.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır: “Onu da əlavə edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığa ilk addımdır.
Həsənova Səbinə,
YAP-ın fəalı