Analitika

Azərbaycan və İraq arasındakı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi

Azərbaycan Respublikası beynəlxalq əlaqələr çərçivəsində regionun və dünyanın aparıcı dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Bu əlaqələr daha çox qarşılıqlı maraqlara və tarixən var olan dostluq , qardaşlıq münasibətlərinə əsaslanır. Həmin ölkələr nəzdində qardaş ölkə Türkiyəni, Gürcüstanı, Qırğızıstan, İraq və bu kimi bir çox güclü dövlətlərin adlarını çəkmək mümkündür. Ölkəmiz son zamanlar həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla və qələbələrlə dünyada adından çoxca bəhs etdirir. Ölkəmiz son illər ərzində qazandığı uğurların nəticəsi olaraq, hazırda bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik xarici siyasət strategiyasında qonşu və qonşu olmayan dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlıq etmək, müxtəlif layihələr çərçivəsində birlikdə çalışmaq, həmçinin, qarşılıqlı səfərlərin həyata keçirilməsi bu münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan ilə İraq Respublikası arasındakı münasibətlər tarixi köklərə malikdir. İki dövlət arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı sahəsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Həmçinin, 20 noyabr 2023-cü il tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı. Hər iki ölkənin dövlət başçıları birlikdə müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində sənədlər, anlaşma memorandumları imzaladı. Həmçinin onlar mətbuata bəyanatlarla çıxış etmiş və çıxış zamanı iki dövlət arasındakı münasibətlərdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdir. Bunlarla yanaşı, dövlətimizin başçısı son illər ərzində Azərbaycanın qazandığı uğurlardan, ərazi bütövlüyünü tam bərpa etməsi ilə bağlı hadisələrdən söz açmışdır.

Azərbaycan və İraq arasındakı çoxəsrlik tarixi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki dövlət üçün böyük önəm kəsb edir. Bu əlaqələrin daim yenilənməsi və müxtəlif sahələr üzrə əməkdaşlıqların həyata keçirilməsi ölkələrarası münasibətlərin inkişafına müsbət təsir göstərir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button