Analitika

Azərbaycan tolerantlıq ənənələrinin təcəssümüdür

Azərbaycan müstəqillik dövründən bu yana dünya arenasında tanıdılması məqsədilə böyük işlər görmüş və tədbirlər həyata keçirmişdir. Dünya səviyyəli tədbirlərin ölkəmizdə dəfələrlə keçirilməsi Azərbaycanın dünyadakı yerinin göstəricisidir.

May ayının 1-də işə başlayan VI Ümumdünya mədəniyyətlərarası dialoq forumu da bu tədbirlərdən biridir. Qeyd etmək lazımdır ki, forumda dünyanın 110 ölkəsinin nümayəndəsi iştirak edib və forumun sonunda onlar öz məmnunluqlarını ifadə ediblər.

Ölkə başçısı cənab İlham Əliyev bu mötəbər tədbirdə media nümayəndələri və diplomatlar qarşısında çıxış edib. Cənab Prezidentin çıxışında qeyd etdiyi məsələlər bir o qədər böyük və ciddi nüanslar idi.

Qeyd edilib ki, Azərbaycan daim dövlətlərarası mədəniyyətlər qovşağı hesab edilib. Çoxmədəniyyətli etnik kimliyə malik olan ölkəmizdə formalaşan tolerantlıq ənənələri artıq formal xarakter daşımır, bu, tezisə çevirilib və Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanda yaşayan etnik azlıq nümayəndələri həmişə sülh içində yaşayıb. Bunun ən böyük səbəbi onların formalaşan ənənələrə sadiqlik nümayiş etdirməsi və ölkəmizin qayğısı olub. Bu tendensiyanın yaranmasında ən böyük səbəb isə sadəcə bir dənədir – ölkəmiz Şərqlə Qərbin qovşağıdır.

Artıq multikulturalizm Azərbaycan vətəndaşlarının həyat tərzidir. Multikultural dəyərlərə sadiq etnik azlıq nümayəndələri olan şəxslər dövlətimizin və dövlətçiliyimizin qorunmasında böyük rol oynayırlar.

Bundan əlavə, qeyd etmək lazımdır ki, Azərbaycanın 30 illik işğal müddətində mədəniyyətlərarası dialoqa verdiyi töhfələr  danılmazdır. İşğal müddətində dövründə isə Ermənistan siyasi güclərinin etdiyi vandallıqlar bu gün qeyri-konstruktiv yanaşmalar və vandallığın simvoludur. Müharibə dövründə Qarabağ ərazisində olan 67 məsciddən 65-i, o cümlədən kilsələr dağıdılıb, təhqir edilib. Bu da beynəlxalq hüuqun pozulması, mədəniyyətlərarası inkişafa ağır zərər deməkdir.

Ölkə başçısının çıxışında toxunduğu önəmli nüanslardan biri də bu gün Azərbaycanın çoxtərəfliliyə sadiq olmasıdır. Doğrudur, Azərbaycan bu gün çoxtərəflilik yolunda irəliləyir, bu gün Qoşulmama hərəkatına üzv olması bunun bariz sübutudur. Bu gün bu tip beynəlxalq təşkilatlara üzv olmaqla Azərbaycan haqq səsini dünyaya çatdırır, tarixçələri unutdurulmamalıdır. Bu gün bu təşkilatların və həmçinin bu konfransın da əsas mövzusu və gündəliyi bu məsələlərlə bağlı idi, bu gün  dünya məcburi assimilyasiyaya aparan neokolonizm təcrübəsinə göz yummamalıdır. Bu gün Fransada dənizaşırı ərazidə neokolonist sistemin qurulması böyük təhlükədir və bu təhlükə ilə bağlı proseslər həyata keçirilməlidir.

Lakin bu gün, Avropa Parlamenti və AŞPA bu qərarlara səssiz qalır, heç bir fikir bildirmir, bu da yeni kolonist tendensiyanın başlanğıcı üçün göstəricilərdir.

Bu tədbirin ölkəmizdə keçirilməsi ilə bir daha sübut edildi ki, ölkəmiz mədəniyyətləarası dialoqa dəstək verir və Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir.

Hüseynov Əli,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button