Analitika

Azərbaycan sürətli və hərtərəfli inkişaf edən, dünya miqyasında müstəqil siyasət yürüdən, sözünü deyən güclü dövlətlər sırasındadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edərək, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynadığını bildirib. Ölkəmizin öz suverenliyi, ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzli olduğu hər kəsə məlumdur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

Məhz çıxış zamanı bildirildi ki, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.

Qeyd edək ki görüşdə Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini də qeyd etdi və bu sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını vurğulayaraq, əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Görüşdə xüsusi bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə sadiqdir.

Azərbaycan sürətli və hərtərəfli inkişaf edən, dünya miqyasında müstəqil siyasət yürüdən, öz sözünü deyən güclü dövlətlər sırasındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə güclənib. Bunun sayəsində ölkəmiz son illər çox böyük uğurlara imza atıb. Düşünülmüş, güclü sosial-iqtisadi siyasət, demokratiyanın və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi Azərbaycanı davamlı inkişaf etdirmək yolunda vacib amillər kimi önə çəkilib. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici  siyasətin uğurlu olduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button