AnalitikaGündəmSiyasət

Azərbaycan sülh sazişi layihəsinin, sülh müqaviləsinin müəllifidir

Bildiyimiz kimi 13 mart 2025-ci il tarixində Bakıda Xll Qlobal Bakı Forumu keçirildi. Beynəlxalq tədbir çərçivəsində ölkəmizə tərkibində bir çox dövlət başçısının da olduğu 450 -dən çox qonaq təşrif gətirmişdi. Forum Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ev sahibliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdi. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri İsmayıl Sarıgeldinin çıxışı ilə açıldı. Daha sonra  Cənab Prezidentimizə  çıxış üçün söz verildi. Prezidenimiz “Dünya Düzəninin yenidən düşünülməsi : Çağırışların Fürsətə çevrilməsi” mövzusunda çıxış etdi. Cənab Prezidentin çıxışında bütün dünyaya vacibli və cəsarətli mesjlar verdi. Belə ki, həm siyasi, həm də iqtisadi məsələlərə toxunan Cənab Prezident Azərbaycanın Cənubi Qafqazdakı mövqeyindən bəhs etmişdir. Azərbaycanın sülhpərvər siyasətindən danışarkən Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifi olduğunu qeyd etdi. Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin kağız üzərində qalan qətnamələrini icra etdik. İşğalçı Ermənistanın ordusuna qarşı xalqımız bir yumruq kimi birləşdi. Suverenliyimizin bərpasına qədər xalqımız əzab-əziyyətlər çəkmişdir. Azad olunmuş ərazilərdə bütün şəhərlərimiz yerlə-yeksan olunub, 65 məscidimiz dağılıb, dini və tarixi irsimizə zərbə vurulub.

Həmçinin Cənab Prezidentimiz çıxışı zamanı bir sıra Avropa dövlətlərinin Ermənistanın vəhşiliyinə göz yumduğunu, Azərbaycana qarşı təyziqlər etdiyini də xüsusilə vurğuladı. Ermənilərin 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə, kənd və şəhərlərimizə qarşı yönələn vəhşilik siyasəti, hətta qadağan olunmuş “İsgəndər M”raketindən istifadə etməsini diqqətə çatdırdı.

Azərbaycanın xarici siyasəti, dünyada sülh və humanitar sahədə fəallığını da qeyd edən Cənab Prezidentimiz COVİD-19 vaxtlarında 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini bildirdi. Eyni zamanda təzyiqlərə baxmayaraq, COP-29 kimi böyük beynəxalq tədbirə ev sahibliyi etməyimiz qüdrətimizin bariz nümunəsidir.

Humay Vəliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbi Azərbaycan dili və ədəbiyyat müəlimi 

Oxşar Xəbərlər

Back to top button