Analitika

Azərbaycan Respublikasının qüdrətli Zəfər tarixi

Azərbaycan Respublikası son üç ildə həyata keçirdiyi tədbirlər çərçivəsində öz qüdrətini bütün dünyaya sübut etmişdir.  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması idi. Dövlət olaraq bu məsələnin həmişə sülh yolu ilə həll edilməsinin tərəfdarı idik, lakin uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi. Danışıqlar sadəcə müddəti uzadır,  Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi üçün maneələr yaradırdı.

Bununla yanaşı, Ermənistan dövləti təxribatlarından əl çəkmir, terror əməllərinə davam edirdi. Bu təxribatlardan biri də 2020-ci il 27 sentyabr tarixində baş verdi, lakin Azərbaycan ordusu Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamışdır. 44 gün davam edən Vətən müharibəsi zamanı xalq və ordu arasındakı birlik, xalqın Prezidentə etimadı, inamı bir daha özünü göstərdi. İkinci Qarabağ müharibəsi 8 noyabr tarixində Azərbaycan ordusunun Şuşaya daxil olması ilə Azərbaycanın qələbəsi ilə başa çatdı. Qarabağın incisi, tarixi Azərbaycan torpağı olan Şuşa şəhərinin işğaldan azad edilməsi ölkəmiz üçün tarixdə silinməz izlər qoyan bir hadisədir. Bunların nəticəsi olaraq, bütün dünya bir daha Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini, ordumuzun şücaətini gördü. Müharibənin yekununda atəşkəs bəyanatı olaraq,  10 noyabr bəyanatı imzalandı.

Bütün bunlarla yanaşı, Dəmir Yumruq əməliyyatı zamanı aldığı zərbə Ermənistan dövlətinə kifayət etmədi və o təxribatlarına davam etdi. 2023-cü 19 sentyabr tarixində erməni diversiya qruplarının həyata keçirdiyi təxribatlara cavab olaraq ordumuz antiterror tədbirlərinə başladı və bunun nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 2023-cü il 15 oktyabr tarixində isə Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltmışdır. Bu gün bütün işğal olunan tarixi Azərbaycan torpaqlarında dövlət bayrağımız dalğalanır və bu Prezident İlham Əliyevin yeritdiyi müdrik xarici siyasət nəticəsində mümkün olmuşdur.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button