Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı etmişdir
Azərbaycan Respublikasının bugünkü inkişafının təməlində müstəqillik qazandıqdan sonra həyata keçirilən daxili və xarici siyasət strategiyası dayanır. Bu günə qədər qonşu və qonşu olmayan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişafı sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan beynəlxalq əlaqələr sahəsində mühüm layihələr həyata keçirmiş və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlar qurmuşdur. Bu dövlətlərdən Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Serbiya kimi dövlətlərin adlarını çəkmək mümkündür.
Hazırda neft və qaz sənayesi ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Həmçinin, ölkənin beynəlxalq əlaqələrinin səviyyəsinin yüksəldilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin özünəməxsus rolu vardır. Bu səfərlər əlaqələrin davamlı inkişafının göstəricisidir. Bu səfərlərdən biri də 2023-cü il 10 dekabr tarixində baş tutub. Belə ki, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. İnterkonnektorun fəaliyyəti həmin ölkələrdə sənayenin inkişafına müsbət yöndə böyük təsir göstərəcək, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəkdir. İnterkonnektorun açılış mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmiş və çıxışı zamanı Azərbaycan, Serbiya və Bolqarıstan arasındakı münasibətlərdən və qarşılıqlı əlaqələrin inkişafında bəhs etmişdir.
Azərbaycan neftinin və qazının Avropanın enerji təchizatı sahəsində böyük rolu var. Cənub Qaz Dəhlizi qaz boru kəməri, Bakı- Tbilisi- Ceyhan, Bakı-Supsa neft kəmərlərinin Azərbaycan neft və qazının xarici bazarlara çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Atılan addımlar və həyata keçirilən tədbirlər ölkəmizin inkişafına və mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin beynəlxalq əlaqələr çərçivəsində həyata keçirdiyi tədbirlər, yaradılan və hər gün daha da inkişaf etdirilən layihələr ölkəmizin dünyanın idarəedici qüvvələrindən birinə çevrilməsinə gətirib çıxarmışdır.
Zərxanım Abbasova,
YAP-ın fəalı