Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçatanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir.
2020-ci ildə İkinci Qarabağ – Vətən müharibəsində xalqımızın ilk dəfə olaraq torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş Qarabağ İqtisadi Zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilirdi. Görülən hər bir iş, atılan hər bir addım, əlbəttə ki, məntiqi sonluğa hesablanırdı.
20 sentyabr tarixini Azərbaycan Prezidentinin Sərəncamına əsasən böyük coşqu və qürurla Dövlət Suverenliyi Günü kimi qeyd edir. Bu əlamətdar gündə Prezident İlham Əliyevin məhz Xankəndi şəhərinə səfər etməsi, orada yeni təsis olunmuş Qarabağ Universitetində yaradılan şəraitlə tanış olması, professor-müəllim heyəti və gənc tələbələrlə görüş keçirməsi dövlətimizin başçısı tərəfindən elmə, təhsilə, eləcə də sülhə, sabitliyə, tərəqqiyə verilən dəyərin bariz nümunəsidir.Müasir çağırışlara əsaslanan Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, gənclərimizin ixtisaslaşmasını uğurla həyata keçirəcəkdir.
Qürurlu və güclü xalqımız, vətənsevər Azərbaycan gəncliyi qazandığımız qələbələri, suverenliyimizi əbədi etmək üçün yaxşı oxuyaraq, keyfiyyətli təhsil alaraq, bundan sonra da yeni zirvələr qət etməli, yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirməlidir.
Əliyev Ramin,
YAP-ın fəalı