Analitika

Azərbaycan Respublikası son üç ildə həyata keçirdiyi tədbirlər çərçivəsində öz qüdrətini bütün dünyaya sübut etmişdir

Zəfər ! Necə gözəl səslənir… Bəli , 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu gün bizim hər birimizin ürəyi Azərbaycan boydadı.Çünki Qəlbimizdə qaynayan qürur və fəxarət bulaqları zəfər coşqusu ilə aşıb-daşır. Bu zəfər sevincinin coşqusu nə qəlbimizə nə ruhumuza sığır. 27 sentyabrda başlanan zəfər yolunda Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi , ordumuzun qəhrəmanlığı nəticəsində biz işğalda olan torpaqlarımıza qayıtdıq. Qara buludla örtülən Qarabağımızın üzərindən işıq saçan günəş parlamağa başladı.Azərbaycan övladı Hər şey Vətən üçün deyib cannı qanını fəda etdi. Ən gözəl xəbərlərdən biri isə budur ki , 8 noyabr zəfər paradı Xankəndidə keçiriləcək.

Uzun illər ərzində xeyli danışıqlar oldu. Təəsüflər olsun ki, heç bir xeyri olmadı. Biz nə qədər istədik ki , sülh yolu ilə bu məsələ həll edilsin , amma düşmənin havadarları üçün vandal tərəfində olmaq daha münasib idi . Xeyli danışıqlar keçirilsə də , bu zamanlarda ordu quruculuğuna diqqət çox ayrıldı. Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib.Ordumuz ən son texnikalarla təmin edildi . Əsas hərbi bazamızda müasir silah-sursatlar təşkil edildi.Azərbaycanda ən böyük uğurlardan biri isə hərbi sənaye kompleksinin yaradılması idi. Bu birbaşa ölkənin hərbi qüdrətini artırdı. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

2020-ci il sentyabr 27-də başlanan əks-hücum əməliyyatlarında, sentyabr ayının 19-da başlanan 23 saatlıq lokal antiterror əməliyyatlarında ordumuz düşmənə elə dərs keçdi ki, düşünürəm ki , bir daha ermənilər belə dərs almaq istəməzlər. Düşmən və havadarları , anlasınlar ki , boş-boş o masada oturub nəticəsiz danışıqlardansa, elə evlərində oturub çay içib , söhbət etsələr daha yaxşı olar. Onsuzda edəcəkləri müzakirələr də nəticəsiz qalacaq. Atalar demişkən nə tökərsən aşına , o da çıxar qaşığına… Zəfərin mübarək olsun, Azərbaycan!

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button