“Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, cari ilin 4 sentyabr tarixində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu dost ölkəyə işgüzar səfər edib. Səfər zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. Səfər çərçivəsində Prezident İlham Əliyev öncə İtaliya Prezidenti Sercio Mattarella ilə, daha sonra isə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirib. Görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafının vacibliyi vurğulanıb. Eyni zamanda tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də ölkələrimizin bu sahədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan və İtaliya arasındakı əməkdaşlıq yalnız enerji və iqtisadiyyat sahələri ilə kifayətlənmir, həmçinin, humanitar və təhsil sahələrini də əhatə edir. İtaliya-Azərbaycan Universitetinin yaradılması bu istiqamətdə əhəmiyyətli bir addım kimi çıxış edir. İtaliyanın beş aparıcı universieti (Lyuis, Sapyensa, Boloniya, Milan, Turin) və onların Azərbaycandan olan tərəf müqavilləri ilə müştərək təsis edilən bu təhsil ocağı iki ölkə arasında akademik əlaqələri gücləndirmək üçün vacib platformadır.
Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması və bu ölkənin regionla reallaşdırdığı ticarətin 95 faizini Azərbaycanla aparması ölkəmizin yürütdüyü uğurlu xarici siyasətin təzahürüdür. O cümlədən, Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışı Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin gücləndiyini və qlobal geosiyasi proseslərdə önəmli bir rol oynadığını bir daha göstərir.