Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarındadır
Azərbaycan və Albaniya dost ölkələrdir. İki ölkə arasında olduqca fəal siyasi dialoq və müxtəlif sahələrdə fəal əməkdaşlıq mövcuddur. Ölkələrimiz bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Azərbaycan və Albaniya enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. rezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı Azərbaycanın gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səyləri davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Azərbaycan yaşıl enerjiyə keçid prosesində də iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Ölkəmiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində çıxışında və tədbirin gedişatında “Euronews” televiziyasına müsahibəsi zamanı Azərbaycanın yaşıl enerjiyə olan baxışı ilə bağlı məsələyə də münasibət bildirən Möhtərəm Cənab Prezident Azərbaycanın zəngin yanacaq resurslarının mövcudluğuna baxmayaraq, yaşıl enerji layihələrinə çox böyük dəstək verdiyini bildirdi: “Qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.” Bir çox ölkələr kimi Azərbaycan da iqlim dəyşikliyinin fəsadlarını hiss edən ölkələrdən biridir. Məlumdur ki, bu gün dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və hava kirliliyinin fəsadları günü-gündən artır və bütün bu olanlar dünyamızı ciddi şəkildə təhdid edir. Hər bir dünya ölkəsinin bərpa olunan enerji layihələrinin çoxaldılmasına töhfə verməsi, bu istiqamətdə ümumi konsensusun əldə olunması, bu gün üçün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Zəngin yanacaq ehtiyatlarına baxmayaraq, Azərbaycanın yaşıl enerji ehtiyatlarına önəm verdiyini vurğulayan Cənab Prezident, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyinin çox iddialı olduğunu, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Azərbaycanın Xəzər dənizinin özünə aid olan sektorunda potensialının 157 giqavat təşkil etdiyini və bu imkanlardan maksimum dərəcədə istifadə edərək daxili bazarda təbii qaz istehlakını azaltmağın planlaşdırıldığını qeyd etdi. Prezident İlham Əliyevin enerji siyasətinin nəticələri və indiyədək əldə etdiyi uğurlar, həyata keçirilən irimiqyaslı enerji layihələri ilə bağlı nailiyyətlər göz qarşısındadır və bütün bunlar həm də bu istiqamətdə yaxın gələcəkdə görüləcək işlərin təminatçısıdır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı