Azərbaycan Prezidenti: Uruqvayla münasibətlərimiz bundan sonra da dostluq ruhunda inkişaf edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə məktub göndərib.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev məktubunda Prezident Luis Lakalle Pounu və onun simasında bütün Uruqvay xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
“İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”, – deyə Azərbaycan Prezidenti məktubunda vurğulayıb.
Prezident İlham Əliyev uruqvaylı həmkarına möhkəm cansağlığı və xoşbəxtlik, dost Uruqvay xalqına isə əmin-amanlıq və rifah arzulayıb.