AnalitikaGündəm

Azərbaycan-Özbəkistan münasibətləri yeni müstəviyə qədəm qoyub

“Avqustun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri reallaşıb. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçən bu səfər zamanı dövlətlər arasında turizm, mədəniyyət, elm-təhsil, ticarət, investisiyalar və digər sahələrdə mühüm sənədlər imzalanıb, iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həmçinin bir sıra sahələrdə əməkdaşlığı möhkəmləndirəcək sənədlər imzalanıb. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir. Əminliklə deyə bilərik ki, bu gün həm Azərbaycan, həm də Özbəkistan Cənubi Qafqaz və Orta Asiyada sabitlik və inkişafın təmin olunmasında təməl rola sahibdirlər. Bu baxımdan hazırkı dünya nizamının böyük sarsıntılar və münaqişələrlə zəngin olduğu bir zamanda Azərbaycan və Özbəkistanın sülhü, əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırması bütün dünya dövlətləri üçün örnək olmalıdır.

Onun sözlərinə görə, Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına mühüm töhfələr verməkdədir. Bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.

Oxşar Xəbərlər

Back to top button