Analitika

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş və külək resursları ilə zəngindir

Enerji istehsalı və istehlakı cəmiyyətin inkişafını təmin edən və onun inkişaf dərəcəsini müəyyən edən ən mühüm göstəricilərdən biridir. Ölkəmizdə Günəş enerjisindən istifadə olunması üçün böyük imkanlar vardır. Belə ki, Bakı-Abşeron yarımadasında, Mil-Muğan düzündə, cənub rayonlarında və Naxçıvan Muxtar Respublikasında günəş kollektirlarından və batareyalarından istifadə olunması müxtəlif növ istehlakçıların ekoloji cəhətdən təmiz enerji ilə təmin olunmasına geniş şərait yaratmış olar. Ölkənin Şəki, İsmayıllı, Zaqatala, Balakən və Şamaxı rayonlarında günəş enerjisinin istifadəsi sahəsində təbliğat işləri həyata keçirilmişdir. BMT-nin Minilliyin Bəyannaməsində və 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədləri kimi mühüm sənədlərdə ölkənin əsas inkişaf göstəriciləri və məqsədləri kimi enerji effektivliyi, adambaşına düşən karbon emissiyaları v.s bu kimi kəmiyyətlər mühüm yer tutur.2012-ci ildə qəbulu olunmuş “Azərbaycan 2020 :Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da davamlı enerji və ətraf mühit məsələlərinin həlli ölkənin Milli prioritetləri sırasında yer almışdır. “Yaşıl iqtisadiyyat” və azkarbonlu texnologiyaların əsasını təşkil edən alternativ və bərpa olunan enerji mənbələrinin ölkə iqtisadiyyatında tətbiqi bu qəbildən olan problemlərin həllində mühüm rol oynayır.” Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” da bu məsələlər öz geniş əksini tapmışdır. 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Azərbaycan öz coğrafi mövqeyinə görə günəş və külək resursları ilə zəngindir. Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu zolağında ilin 270 günü çox güclü külək əsir, küləyin orta illik sürəti 7,2 m/san təşkil edir. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımı səviyyədə qorunur. Milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Daha çox layihələr olacaq. 1 qiqvayt bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümünəsidir.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button