Analitika

Azərbaycan müxtəlif sahələr üzrə müxtəlif ölkələrlə əməkdaşlıqlar həyata keçirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü il martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. İclas zamanı Cənab Prezident çıxış etmiş və ölkəmizin gələcək planlarından, həyata keçiriləcək layihələrdən, gələcəyə aid böyük məqsədlərindən bəhs etmişdir. Bu planların içində gələcəyə yönəlik əməkdaşlıqlar və bu əməkdaşlıqların inkişafı xüsusi yer tutur. Ölkəmiz neft və qaz yataqları ilə zəngin olduğu üçün, neft və qaz ölkəsi olduğu üçün həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrin əksəriyyəti bu sahə ilə bağlıdır. Təbii ki, bununla da kifayətlənmək olmaz, çünki ölkəmizin coğrafi mövqeyi onun enerji sahəsində də inkişafı üçün əlverişli şərait yaradır.Enerji sahəsində Azərbaycanın dünya miqyasında böyük layihələri xüsusiylə diqqət çəkir. Bu böyük layihələrdən “Qara Dəniz Yaşıl Kabel”,  Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri, ölkəmizin COP29 kimi böyük layihələrə ev sahibliyi etməsi böyük önəm kəsb edir. Azərbaycan müxtəlif sahələr üzrə müxtəlif ölkələrlə əməkdaşlıqlar həyata keçirir. Bu dövlətlərdən Türkiyə  Qazaxıstan, Türkmənistan və Albaniya kimi dövlətlərin adını çəkmək mümkündür.  Azərbaycan və Albaniya müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir və enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır və beynəlxalq mövqeləri güclənir. Ötən illər ərzində Azərbaycan dövləti Cənub Qaz Dəhlizini reallaşdırmaqla bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərib, geniş əməkdaşlıq qurub, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamağa başlayıb. Bu isə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, onunla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb.

Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bir sıra xüsusi nüanslara toxunub. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button