Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının zərurililiyi və perspektivləri
Bildiyimiz kimi bu ilin sentyabrın 14-də Tacikistanın Düşənbə şəhərində M.Asiya dövlət başçılarının V Məşvərət görüşü baş tutub. Bu görüşə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaq qismində iştirak edib. Məhz Azərbaycanın bu görüşə qonaq qismində dəvət edilməsi onun nəinki regionda dünyada artan nüfuzundan xəbər verir.
Soykök və dil bağlılığımız olmasa da, Azərbaycan və tacik xalqlarını bir-birinə ortaq mədəni köklər, bu köklərin fonunda olan din qardaşlığı və 70 il bir yerdə “Böyük Vətən” ə xidmət etmək bağlayır. SSRİ dövründəki isti münasibətlər,dostluq və qardaşlıq dəyərləri bugünə kimi davam etməkdədir. Mərkəzi Asiya ilə Cənubi Qafqazın ortaq iqtisadi əlaqələrinə gəlincə hər iki region, dünyanın diqqət mərkəzi olmuşdu, şərqlə qərbi birləşdirən bu regionların misilsiz xidmətləri var.
Bugün bu iki müstəqil dövlət həm ikitərəfli,həm də çoxtərəfli formatda qarşılıqlı əlaqələr yaradıb. Bu sıx münasibətlər xalqlarımızın o cümlədən regionlarımızın daha da inkişafına zəmin yaradacaq. İkitərəfli əməkdaşlığın mühüm amillərindən biri qarşılıqlı ticarət və sərmayələr durur.Birgə sərmayə fondları yaradılıb. Bu fondlardan maşınqayırma, kənd-təssərrüffatı, heyvandarlıq sahələrinin qarşılıqlı inkişafı üçün istifadə edilir. Turizm sahəsindəki sərmayə layihələri də artıq işlənib hazırlanmışdır.
Ümumiyyətlə Azərbaycan Mərkəzi Asiya görə Avropa və Türkiyə bazarlarına getmək üçün tranzit ölkədir. Azərbaycanın bütün nəqliyyat infostrukturu M.Asiya üçün açıqdır. Azərbaycan Xəzər Dənizi hövzəsi dövlətləri arasında ən çox ticarət gəmisi olan yeganə dövlətdir. Bu bizim ticarət sahəsində olan özgüvənliyimizi artırır,belə ki,bizimlə bu sahədə əməkdaşlıq etmək istəyən üçün gözəl fürsətdi. Tranzit daşımalarının şəffaflığını qorumaq üçün tariflərin və gömrük prosedurlarının sadələşdirilməsi zəruridir. Çünki asan və bərabər şərtlər bizim amalımızdır.
Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətinin nəticəsində belə qənaətə gəlmək olar ki,C.Qafqazın lideri olaraq Azərbaycanla bütün dövlətlərin hər sahədə hesablaşmaq arzusu yaranıb. Bu isə qürurvericidir.
Kazımova Vüsalə,
Bakı Qida Sənayesi Kollecinin tarix müəlliməsi