AnalitikaGündəm

Azərbaycan-İtaliya münasibətləri dünya ölkələri üçün nümunədir

“Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları da var və yüksək səviyyəli siyasi təmaslar ölkələrin yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sektordakı əməkdaşlıq iki ölkənin əlaqələrinin daha zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir: “Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il isə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin qeyri-neft sektorunda dəyəri 710 milyard dollara yaxın olan 40-dək layihədə podratçı kimi iştirak edirlər. Bu iqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir”.

“Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisi də ölkələrin enerji sahəsindəki əməkdaşlığıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır: “İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, bu sahədəki Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir. Xüsusilə də, Azərbaycandan İtaliyayadək uzanan, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi adlanan bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkə Azərbaycandan qaz alır. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.

Oxşar Xəbərlər

Back to top button