Analitika

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə töhfələrini davam etdirir

“Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. İki ölkə arasında tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsindədir. Tam əminliklə demək olar ki, qalacaq. Hesab edirəm ki, Azərbaycan və Özbəkistan respublikaları arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcək, dost və qardaş xalqlarımız arasında münasibətlər daim genişlənəcək”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı tədbir çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verdiyini və bu qurumun fəaliyyətinə töhfələrini davam etdirdiyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Onun sözlərinə görə, ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə ilə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.

Rəşadət Xalıqov əlavə edib ki, ümumiyyətlə, Azərbaycan son illər çevik xarici siyasəti ilə fərqlənir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verir.

Oxşar Xəbərlər

Back to top button