Analitika

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Azərbaycan və Belarusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir. Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.

İki  ölkə arasında yüksək səviyyəli yeni səviyyəyə yüksəlib və geniş spektrini əhatə edir.Azərbaycan ilə Belarus arasında mədəni mübadilələr ikitərəfli münasibətlərin inkişafı üçün əsas rol oynayır və əməkdaşlığın artırılmasına, xalqlar arasında dostluq bağlarının saxlanmasına kömək edir. Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belarus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir.

Azərbaycanın torpaqları işğal altında olanda Belarus prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. O, bir çox beynəlxalq platformada Ermənistana Azərbaycanın torpaqlarını geri qaytarmağı, münaqişənin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə dilə gətirib. Dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir. Bu inkişafa dövlət rəhbərlərinin yaxın münasibətlərinin də təsiri var. Bu gün Azərbaycan Belarus arasında iqtisadi əlaqələr artmaqdadır. Xüsusilə də bu özünü kənd təsərrüfatı məhsulları və enerji resursları sahəsində göstərir. Qarşılıqlı ticari əlaqələr nəticə etibarı ilə bütün sahələrdə münasibətlərin yaxşılaşmasına və inkişaf etməsinə zəmin yaradır.

Ölkələr arası görüşdə iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı söhbətlər aparılıb. Yaxın gələcəkdə Azərbaycan və Belarus münasibətləri daha da inkişaf edəcək.

Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button