Analitika

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir

Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək ölkədə həyata keçirilən islahatların xarakterini, cəmiyyətin həyatında baş verən dəyişiklikləri diqqətə çatdıraraq bildirdi ki altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələrin rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etməsi, namizədlərin çoxluğu, xüsusən gənclərin seçkilərdə fəallığı kifayət qədər yüksək olmuşdur. Cənab Prezident çıxışında qeyd etdi ki, “İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.” Ölkədə aparılan islahatların həm konseptual, həm də struktur xarakterli olması qanunvericilik bazasının da təkmilləşdirilməsini tələb edirdi və bu prosesin başladılması çox mühüm dəyişikliklərə səbəb oldu. VI çağırış Milli Məclisinin tərkibi onu deməyə əsas verir ki, artıq ölkəmizdə çoxpartiyalı sistem oturuşmuş vəziyyətə gəlib çatmış, bütün ümdə məsələlərin müzakirəsinin parlamentə keçidi başa çatmışdır. Milli Məclisdə təmsil olunan müxalifət partiya nümayəndələrinin parlament komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmlənməsi və siyasi münasibətlərin sağlam zəmində güclənməsində mühüm mərhələ olmuşdur. Yeni tərkibdə formalaşmış Milli Məclis ölkə rəhbəri tərəfindən başladılmış islahatlara yeni təkan verməklə  ilk növbədə qanunvericilik sahəsində kifayət qədər səmərəli fəaliyyət sərgiləyə bilmişdir. Bunu dəyişən reallıqlar çərçivəsində yeni qanunların  qəbul edilməsi, hadisələrə çevik və adekvat reaksiya bir daha sübut edir. Mövqeyindən asılı olmayaraq əksər siyasi partiyalar ölkə daxilində siyasi sabitliyin bərqərar olmasında maraqlıdır və milli təhlükəsizliyin, dövlət maraqlarının qorunması ön plandadır. Bu mərama qulluq edən siyasi partiyaların Milli Məclisdə təmsil olunması, qanunvericilik sahəsində təkliflərin qəbul edilməsi də ölkəmizin imicinin yükəsldilməsində  mühüm rol oynamışdır. Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. Son beş ildə bu sahədə əldə edilmiş nailiyyətlər göz önündədir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsası da bu maraqların qorunması sayəsində əldə edilmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi məhz bu qələbələrin və inkişafın əldə edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan cəmiyyəti birmənalı şəkildə bu siyasəti dəstəkləyir. Qarşıda çox mühüm vəzifələrin icrası gözlənilir ki, xalqımız öz rəhbərinin yanında olaraq bu vəzifələrin də öhdəsindən gələcəkdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button