AnalitikaGündəm

Azərbaycan dövləti ilə Qazaxıstan dövləti arasındakı əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir

Bu il Qazaxıstan və Azərbaycan dövlətləri 1992-ci il avqustun 27-də aralarındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. İki ölkə arsındakı dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  illərdə  qardaş ölkələr  arasındakı münasibətlər daha da dərinləşib. vBu zamana qədər  dövlət başçılarının 10-dan çox qarşılıqlı səfərləri olub, ölkələrimiz arasında 130-dan çox sənəd imzalanıb.  Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına böyük təkanlar verib. Astanada 2004-cü il martın 1-də imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və Bakıda 2005-ci il mayın 24-də imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam  etdirilir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini,ədalətli mövqeyini dəstəkləyərək beynəlxalq münasibətlər sistemində də dost və qardaş ölkə olduğunu sübuta yetirmişdir. Ümid edirik ki, Azərbaycan dövləti ilə Qazaxıstan dövləti arasındakı əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button