Analitika

Azərbaycan bir çox böyük beynəlxalq aktorlar tərəfindən etibarlı tərəfdaş hesab edilir

“Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsi həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bir çox siyasi-iqtisadi və geosiyasi məsələlərə aydınlıq gətirən Prezident İlham Əliyev bir daha Azərbaycanın uğurlarına və müstəqil siyasət aparmasına diqqət çəkib. Bu gün artıq heç kəsə sirr deyil ki, Azərbaycan bir çox böyük beynəlxalq aktorlar tərəfindən etibarlı tərəfdaş hesab edilir və Prezident İlham Əliyev tərəfindən ölkəmizin istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin rəhybərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, neft və qaz sektorundan asılılığın azaldılmasına nail olub və son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Eləcə də son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı 50 faizdən 5,5 faizə qədər enib. Xarici borcun səviyyəsi isə hər il azalır və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Bütün bunlar da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır və enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Eləcə də Qarşıdan gələn illərdə də iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşu davam edəcək, əsas dövlət xərcləri isə azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək”.

“Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan da biri ölkənin qarşıdurma, yaxud rəqabət arenasına çevrilməsinə imkan verilməməsi və dövlətin mənfi xarici təsirlərdən, daxili işlərə müdaxilədən qorunmasıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir, bu siyasət milli maraqlara əsaslanaraq yürüdülür: “Azərbaycanın daxilində də risklər yoxdur və siyasi sistem, xalqın çox güclü birliyi var. Azərbaycanın qonşularla münasibətləri də dostluğa və qarşılıqlı marağa əsaslanır. Ölkəmizin Avropa təsisatları, eləcə də müsəlman ölkələri ilə münasibətləri var və bu əlaqələr həmrəylik, tərəfdaşlıq nümunəsidir”.

Oxşar Xəbərlər

Back to top button