Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə əyani şəkildə nümayiş etdirilib: Azərbaycan “dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı dövlətimizin siyasətinə hörmətin və dəstəyin parlaq sübutudur. Azərbaycan Qoşulmama Hərəkatında fəaliyyətini də uğurla davam etdirir. Dövlətimiz ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna da malikdir.Azərbaycan ŞƏT-in köməyi ilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçiriləcəyi mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Cənab Prezident İlham Əliyevin yüksək qətiyyəti və dərin zəkası sayəsində Azərbaycan çoxvektorlu xarici siyasət xəttini fəal şəkildə inkişaf etdirməklə, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışır.BRİKS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilməkdədir.BRİKS yaxın vaxtlarda yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin mühüm aləti olacaq.“BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı artır. Maraq göstərən dövlətlərdən ikisi bizə dost ölkələr Qazaxıstan və Pakistandır. BRICS, əlbəttə, problemsiz format deyil. Çin və Hindistan arasında müəyyən fikir ayrılıqları mövcuddur və Pakistanın da qoşulması ilə yeni problemlər üzə çıxa bilər. Lakin biz yenə də bu məsələdə maraqlı olmalıyıq, çünki bizə dost və qonşu olan dövlətlər bu formatda öz yerlərini alırlar”.
“BRİKS-in əhatə etdiyi ərazi isə dünyanın quru hissəsinin 30 faizini təşkil edir. Bütün bunlar onu göstərir ki, BRİKS çox unikal əməkdaşlıq imkanı yaradır. BRİKS dövlətlərin milli maraqlarını uğurla qoruya biləcəyi bir platformadır. Olduqca uğurlu platformadır. BRİKS-in fəaliyyətində istinad olunan əsas prinsip çoxqütblülükdür. Dünya dövlətlərinin, xalqlarının maraqlarının, bərabərhüquqların qorunduğu, əməkdaşlıq imkanlarının olduğu bir platformadır. Azərbaycanın belə bir platforma çərçivəsində iştirakçılığı beynəlxalq münasibətlərə yanaşma prinsiplərimizə çox uyğundur. Qərb dairələri BRİKS-in genişlənməsindən çox ciddi narahatlıq duyurlar.Azərbaycan dünya dövlətləri ilə konstruktiv əməkdaşlığa hər zaman üstünlük verir. BRİKS üzvü ölkələrlə Azərbaycanın kifayət qədər inkişaf etmiş münasibətlər sistemi mövcuddur.“BRICS və Cənubi Qafqazda cərəyan edən proseslər” bəzi BRICS üzvlərinin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi birmənalı deyil. Buna baxmayaraq Cənubi Qafqaz sərhədlərinə qədər gəlib çatmış bu qrupla münasibətlərin formalaşdırılması vacib istiqamətlərdən biri olmalıdır. Azərbaycan öz maraqlarına cavab verən, əməkdaşlıq imkanları geniş olan bütün platformaların imkanlarından yararlandığı kimi BRİKS-in imkanlarından da faydalanacaq”.
Ramin Əliyev,
YAP-ın fəalı