Analitika

Azərbaycan-Belarus münasibətlərində keyfiyyətcə yeni mərhələ

“Azərbaycan-Belarus münasibətləri bu gün çox uğurla inkişaf edir. Qarşılıqlı səfərlərin olması, müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması əlaqələrin intensiv inkişafından xəbər verir. Bu xüsusda Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi ölkələrin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir: “Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanasəfəri çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə Azərbaycan rəsmilərinin görüşləri səmərəliliyi ilə diqqət çəkib, eyni zamanda həlli vacib olan bir sıra məsələlər geniş müzakirə olunub.  Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət açılarkən böyük potensiala malik əmtəə dövriyyəsinin artırılması, hərbi-sənaye kompleksi, sənaye kooperasiyası, nəqliyyatvə kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi zəruriliyi xüsusi qeyd olunub. Azərbaycanın azad edilmiş ərazilərinin – Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında Belarus şirkətlərinin müəssisələrinin fəal  iştirakı da arzulanıb. Həmçinin, Azərbaycan və Belarus arasında ticarət fəaliyyəti də var, 270-dən çox müəssisənin iştirakı ilə 300-dən çox malın qarşılıqlı təchizatı həyata keçirilir. Əllidən çox Azərbaycan şirkəti Belarus müəssisələrində qanuni nümayəndəlik kimi təmsil olunurlar. Azərbaycanda Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar da var. Eləcə də tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyirlər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədirlər. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır”.

Bütövlükdə əməkdaşlıq əlaqələri ölkələrin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, illik ticarət dövriyyəsinin həcminin də əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq.

Oxşar Xəbərlər

Back to top button