Analitika

Azərbaycan Avropa İttifaqının Qeyri-Aİ Ölkələri Arasında Ən Etibarlı Tərəfdaşlarından Biridir

Azərbaycan dövlətlərarası və qlobal miqyasda əməkdaşlıq sahəsində ən uğurlu ölkələrdən biridir. Ölkəmizin ən əhəmiyyətli əməkdaşlıq istiqamətlərindən biri heç şübhəsiz Avropa İttifaqı ilə qurulmuş enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın Avropa İttifaqının ən önəmli enerji təhlükəsizliyi partnyorlarından biri olması heç də təsadüfi deyil. Ukrayna ilə Rusiya arasında gedən müharibə səbəbindən Aİ ilə Rusiya arasında enerji əlaqələrinin zədələnməsi Avropa İttifaqını alternativ ölkə axtarışına çıxarmışdır. Bu istiqamətdə Avropa İttifaqının tapa biləcəyi ən etibarlı tərəfdaş ölkələrdən biri də məhz Azərbaycandır. Çünki Azərbaycan son 20 il ərzində balanslaşdırılmış xarici siyasət kursunu əsas götürərək bütün dünya dövlətləri və təşkilatları ilə ikitərəfli əlaqələrini möhkəmləndirməyə çalışmışdır. Bu istiqamətdə Türkiyə xaric heç bir dövlət vəya güc arasında bir fərq qoymadan ikitərəfli əlaqələr yaratmış, etibarlı partnyor ölkə imicini qazanmış və beləcə diplomatik olaraq güvənilə biləcək bir ölkəyə çevrilmişdir. Bu kontekstdə Avropa İttifaqı ilə qurulmuş enerji sahəsində əməkdaşlıq xüsusi önəmə malikdir. Ölkəmiz son illərdə Avropa İttifaqı ilə əməkdaşlığın bütün mümkün sahələrində sıx əlaqələr yaratmışdır. Cənab Prezidentin müsahibəsində də bildirildiyi kimi, bərpa edilə bilən enerji resursları, “Yaşıl Keçid”, 3500 kilometrlik Cənub Qaz Koridoru kimi irimiqyaslı layihələrdə Azərbaycanın özünü tərəfdaş ölkə kimi sübuta yetirməsi daha çox ölkəni Azərbaycanla əməkdaşlığa yönləndirmişdir. Azərbaycanın sahib olduğu neft və qaz ehtiyatlarını digər ölkələrin praktikasının əksinə olaraq sosial və iqtisadi inkişafa uğurla yönəltməsi və digər ölkələrinin uğradığı “Neft ləhnəti” anlayışından uzaq qala bilməsi digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdirlə qarşılanmışdır. Qeyd etmək yerinə düşər ki, ikitərəfli əməkdaşlıq, qarşılıqlı faydaya yönəlmiş iş birliyi, sosial və iqtisadi sahələrə yönəlmiş investisiyalarla hər iki tərəfin inkişafına qarşılıqlı töhfə vermək Avropa İttifaqının quruluş fəlsəfəsində mövcud olan əsas prinsiplərdir və Azərbaycan bütün bu prinsiplərə tam və ardıcıl riayət etməklə qeyri-Aİ ölkələri arasında üzv ölkələrə bərabər yer tutmaqdadır.

Anar Qazıyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button