Analitika

Azərbaycan artıq yaşıl enerjiyə keçid edir

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə bu layihəyə üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Bu hadisənin təkcə neft-qaz sənayemizin deyil,  ümumən  xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə layihənin önəmini xüsusi vurğulayaraq demişdir: “Bu, bizim tarixi nailiyyətimizdir. Çünki “Cənub qaz dəhlizi”nin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək”. “Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir.Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bir neçə ölkə və maliyyə institutlarından müraciətlərə baxılır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Çünki bu vaxta qədər hələ elə bir hal olmayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsin. Yəni, Azərbaycan hər zaman, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, sözünün imza qədər dəyərli olduğunu sübut edib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu iclasda çıxış edən başqa yüksək xarici qonaqlar da qeyd ediblər. Albaniyanın Baş naziri Edi Rama Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyini qeyd edərək Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu bildirib. Bundan əlavə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson da çıxışında 2020-ci ildə Avropada bəzilərinin Cənub Qaz Dəhlizinin artıq başa çatmış bir missiya olduğu barədə düşüncələrini xatırladaraq vurğulayıb ki, o həmin düşüncələrin əksinə, hər zaman Azərbaycanın etibarlı tərəfdaş olduğunu və ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirdi. Həm Rusiya-Ukrayna müharibəsi, həm də Aİ enerji mənbələrini şaxələndirmək siyasəti fonunda “Cənub qaz dəhlizi”nə maraq artdı. Artıq yeni dövrdür və yeni reallıqlar var. Azərbaycan artıq yaşıl enerjiyə keçid edir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button