Analitika

Azad olunmuş ərazilərin iqtisadi inkişafı və ərazilərin bərpasının nəzəri əsaslarıAzad olunmuş ərazilərin iqtisadi inkişafı və ərazilərin bərpasının nəzəri əsasları

Azərbaycan tarixində unudulmayacaq bir il kimi qalacaq olan 2020-ci il, ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsi ilə yadda qalmış oldu. Bildiyimiz kimi, torpaqların geri alınması öz növbəsində ərazilərdə işğalçı ölkə tərəfindən törədilmiş olan dağıntıların aşkar olunmasına səbəb oldu. 30 ilə yaxın işğalçılıq dövründə erməni vandalları məscidləri, yaşayış binalarını, məktəbləri, bağçaları və bunun kimi digər obyektləri yerlə yeksan etmişdilər. Bu ərazilərin zamanla öz sahibinə qayıdacağını bilən ermənilər, işğala məruz qoyduqları ərazilərdə heç bir quruculuq işləri aparmamışdırlar. Hal-hazırda azad olunan regiona təşkil olunan media və xarici ölkə nümayəndələrinin səfərləri sayəsində ərazilərdə törədilən vəhşiliyin bir daha dünya ictimaiyyətinə çatdırılmasına dair bir növ addımlar atılmış olur. Xüsusilə onuda qeyd etmək lazımdır ki, azad olunan rayonlara səfər edən xarici ölkələrin nümayəndələri bu ərazilərdən sadəcə biri olan Ağdamı Cənubi Qafqazın Xrosiması kimi qələmə vermişdirlər. Zamanla dünya ölkələrində baş verən müharibələrdən sonra atılmış olan addımlar dəymiş olan zərərin miqyasından asılı olmuşdur. Eləcə də geri alınan ərazilərin bərpası üçün görüləcək olan işlər ərazilərə dəymiş olan zərərin dərəcəsindən asılı olacaqdır. İlkin araşdırmalar nəticəsində işğalçı ölkə tərəfindən ərazilərə vurulmuş zərərin yüksək olduğu öz əksini tapmışdır. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad edilən rayonlarda ilkin olaraq görülməli olan tədbirlərdən biri minalardan təmizləmə istiqamətində işlərin 13 başlanması idi. Sonrakı tədbirlər, dağıdılmış olan ərazilərdəki yaşayışın təminatı üçün infrastrukturun yenidən qurulmasıdır. Bildiyimiz kimi regionda əkinçilik və heyvandarlığın inkişafı üçün mövcud resursların olması, 1991-ci ildə müstəqilliyin bərpa edilməsi ilə kənd təsərrüfatı sahəsinin inkişafına gətirib çıxartmışdır. Qeyd olunduğu kimi, işğaldan azad edilən ərazilərin (İAEƏ) inkişafı üçün atılacaq olan addımlar əhalinin rifah halının yüksəldilməsinə və iqtisadi gözləntilərin artmasına gətirib çıxaracaqdır. Bu ərazilərdə olan torpaqlar kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Ancaq, təəssüflər olsun ki, işğalçılar bu torpaq sahələrinin 647,900 hektarını məhv etmişdirlər. Daha da ümumiləşdirsək deyə bilərik ki, zamanla istifadə edə bilmədiyimiz 1,7 milyon hektar torpaq sahəsi halhazırda ölkənin kənd təsərrüfatı üçün geri alındı. Beləliklə, təkcə kənd təsərrüfatı sahəsi deyil öz növbəsində sənaye və emal sahələrinində yenidən bərpası mümkün olacaqdır

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button