Analitika

Avropa institutlarının Azərbaycana qarşı ikili standartlı mövqeyi qərəzli və ədalətsizlikdir

“Sirr deyil ki, Azərbaycan əraz bütövlüyünü və suverenliyini təmin etdikdən sonra tamamilə əsassız və qərəzli günahlandırma cəhdləri ilə qarşılaşdı. Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfində olmasına baxmayaraq, bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı ikili standartlardan çıxış edir, rəsmi Bakıya qarşı haqsız ittihamlar səsləndirir. Elə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin fikirləri və ittihamları, eyni zamanda Fransanın Ermənistanı silahlandırması, müharibəyə təhrik etməsi deyilənlərin əyani sübutudur”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın parlaq zəfərindən sonra xüsusilə də, Avropa institutları tərəfindən Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdləri daha aydın şəkildə görünməyə başlayıb: “Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Onu da unutmayaq ki, Azərbaycan ərazi bütövlüyümünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bütün bunlar isə onu göstərir ki, müəyyən dairələr Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradır. Bu səbəbdən də Prezident İlham Əliyev çox qəti şəkildə diqqətə çatdırıb ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button