Antiterror əməliyyatı
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. 2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır. Azərbaycanın Daxili İşlər Nazirliyi sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumatına əsasən avtomobilinin aşması nəticəsində DİN-in 3 polisi hadisə yerində həyatını itirmiş, 6 polis isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Gecənin növbəti saatlarında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində avtomobilinin minaya düşməsi barədə məlumat vermişdir. Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həyatını itirmişdir. Hadisə zamanı həyatını itirənlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) 43 saylı idarəsinin işçiləri olan şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunmuşdur. Sentyabrın 19-da axşam saatlarında Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni insanların nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejimin isə özünü buraxmalı olduğu bildirimişdir.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı