Analitika

Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etdi

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident  seçkiləri keçiriləcək. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar mövcudur. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Çox təəssüf ki, ölkədəki radikal müxalifət düşərgəsinin lokomotivlərindən olan AXCP yenə klassik ənənəsinə sadiq qalaraq müxtəlif bəhanələrlə, əsassız iddialarla növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə partiyanın qurultayında AXCP sədri Əli Kərimli bildirib. O vurğulayıb ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Bununla bağlı AXCP təpədən-dırnağa yalan və qərəzlə bəzədilmiş bir bəyanat da yayıb. Qəribə burasıdır ki, elə Ə.Kərimlinin diktəsi ilə hazırlanan həmin bəyanatın sonuncu abzasında qeyd edilir ki, AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir. O zaman belə bir sual ortaya çıxır: Əgər Ə.Kərimli və onun partiyası seçki yolu hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar? Axı daim seçki mühiti və ab-havasından ağızdolusu dəm vuran AXCP sədri yaxşı bilir ki, demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindəndir. Seçki hüququ ən vacib, zəruri və əsas insan hüquqlarından biridir. Seçkilər namizədlərin öz platformalarını, siyasi tezislərini, məram və məqsədlərini cəmiyyətə daha yaxından çatdırmaq üçün bir fürsətdir. Əli Kərimlinin normal seçki platforması, ölkənin bu günü və gələcəyi ilə bağlı mükəmməl siyasi tezisləri olsaydı onları cəmiyyətə təqdim etmək üçün  əslində belə bir fürsəti əldən verməzdi. AXCP sədri əvvəllər olduğu kimi, yenə öz şəxsi ambisiayalarından, korporativ maraqlarından, partiya istəklərindən əl çəkib seçkilərlə bağlı rasional qərar qəbul edə bilmədi. İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etdi. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi.  Ə.Kərimli Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəcəyini və seçkilərdə ona  ağır şəkildə məğlub olacağını hər kəsdən yaxşı bildiyi üçün əsassız iddialar və müxtəlif  bəhanələrlə seçkilərdən imtina yolunu seçdi.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button