AnalitikaGündəmSiyasət

Ağ Evdə imzalanan sülh sazişi Azərbaycan üçün yeni inkişaf mərhələsi açır

Azərbaycan–Ermənistan münaqişəsi 30 ilə yaxın Cənubi Qafqazın ən böyük problemi olub. Bu illər ərzində minlərlə insan həlak olub, yüz minlərlə ailə yurd-yuvasından didərgin düşüb, regionun inkişafı illərlə dayanıb.

1980-ci illərin sonlarında başlayan qarşıdurma 1990-cı illərdə genişmiqyaslı müharibəyə çevrildi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü qismən bərpa etsə də, tam sülh əldə olunmamışdı.

2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə imzalanan sülh sazişi yeni mərhələ açdı. Sənəd yalnız hərbi əməliyyatların dayanmasını deyil, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi və “Trump Route for International Peace and Prosperity” adlı nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.

Sülhün davamlı olması üçün ən böyük çağırış uzun illər formalaşmış etimadsızlığın aradan qaldırılmasıdır. Xalqların sülhə hazırlanması, xüsusən gənc nəslin əməkdaşlıq ruhunda yetişməsi vacibdir.

Bu razılaşma Azərbaycanın tranzit imkanlarını, iqtisadi inkişafını və regional liderliyini gücləndirəcək. Əsas məsələ isə bu tarixi fürsəti düzgün dəyərləndirərək gələcək nəsillər üçün sabit və firavan region qurmaqdır.

Mürsəl Bəkirli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button