AnalitikaGündəmSiyasət

ABŞ ilə Təmaslar və Zəngəzur Dəhlizinin Beynəlxalq Siyasi Müstəvisi

Zəngəzur dəhlizinin açılması təkcə regional nəqliyyat məsələsi deyil, həm də qlobal siyasi gündəliyin həlledici elementlərindən biridir. İkinci Qarabağ müharibəsinin yekunu olaraq imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfi 5 il ərzində prosesi hər cür uzatmağa cəhd göstərmişdir. Bütün bu bürokratik əngəllərə və dondurulmuş vəziyyətə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz qətiyyətli mövqeyindən geri çəkilməmişdir. Nəticə etibarilə Azərbaycanın bu prinsipiallığı məsələnin beynəlxalq ictimaiyyət tərəfindən fəal dəstəklənməsinə gətirib çıxarmışdır.

Ötən ilin yaz aylarından etibarən Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan normallaşma prosesinə töhfə vermək təşəbbüsləri prosesə yeni, fəal bir impuls verdi. Azərbaycanın bu danışıqlarda irəli sürdüyü ən önəmli şərtlərdən biri məhz Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin dəmir məntiqi və siyasi iradəsi nəticəsində bu məsələ 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton Zirvə Görüşündə tamamilə öz həllini tapmışdır. Bununla da TRIPP adını daşıyan layihəyə formal olaraq start verilmişdir.

Bu siyasi qələbənin davamı olaraq 2026-cı il avqustun 8-də Prezident İlham Əliyev ilə ABŞ Prezidenti cənab Tramp arasında mühüm telefon danışığı baş tutmuşdur. Həmin söhbət əsnasında bu strateji əhəmiyyətli nəqliyyat layihəsinin mütləq və tezliklə icra ediləcəyinə dair hər iki tərəfdən qəti əminlik vurğulanmışdır. Dünya güclərinin Azərbaycanın bu legitim hüququnu qəbul etməsi Zəngəzur dəhlizinin artıq qarşısıalınmaz bir proses olduğunu bir daha nümayiş etdirir.

Bu beynəlxalq zəmanətlər fonunda Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən başqa alternativi qalmır. Prezident İlham Əliyev bildirir ki, Ermənistan ərazisindəki 42 kilometrlik dəmir yolunun tikintisinə bu il başlanılmalıdır. Əgər kimsə və ya hər hansı bir ölkə bu qlobal layihədə iştirak etmək istəyirsə, vaxt itirmədən Azərbaycanla razılaşmaya gəlməlidir, çünki bürokratik əngəllər və məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyildir.

Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button