AnalitikaGündəmSiyasət

“8 Noyabr” Elektrik Stansiyası – Azərbaycanın energetika təhlükəsizliyinin mühüm faktoru

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın energetika sahəsində əlamətdar gündür. Çünki “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək 1880 meqavat gücündə olan bu stansiyanın yaradılması Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bu stansiya Azərbaycanın enerji potensialını daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxunun istehsal olunduğu Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi kimi statusunu daha da möhkənləndirəcək: “O da əlavə olunmalıdır ki, bu gün 2018-ci ildə yenidən qurulmasının təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə də, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu yalnız Mingəçevirdə istehsal olunur. Bütövlükdə, “8 Noyabr” Stansiyasının istismara verilməsi Azərbaycanın enerji sisteminin səmərəliliyini və generasiya gücünü artıracaq. Eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, təbii qaza qənaət etmək üçün imkan yaradacaq”.

“Azərbaycan son 20 il ərzində energetika sistemini yenidən formalaşdırıb. Bu müddət ərzində ölkənin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, bərpa edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki özünü, hətta Avropa ölkələrinin belə enerji təhlükəsizliyini təmin etməkdədir.

Oxşar Xəbərlər

Back to top button