Analitika

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, güclü Ordu quruculuğu siyasətinin, iqtisadi inkişafın təntənəsidir

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər güclü ordu quruculuğu siyasətinin, iqtisadi inkişafın təntənəsidir. Uzun illər Azərbaycan dövləti danışıqlar masasında qətiyyət göstərməklə yanaşı, qüdrətli ordu quruculuğunu, silahlı qüvvələrin gücləndirilməsini də davam etdiriridi. Neçə illərdir, dövlətimizin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi,müasir silah-sursat, texnika ilə təchizat məsələləri və hərbçilərimizin sosial məişət şəraiti ilə bərabər, onların əhval-ruhiyyəsinin yüksək tutulması təmin edildi. 44 günlük müharibə bir daha göstərdi ki, respublikamızda silahlanma siyasəti düzgün aparılıb. Bir daha sübut olundu ki, bizim başımızın altına “ATƏT-in Minsk qrupu” adlı balınc qoymaq istəyənlərin qəbul etdirmək istədiyi qəbuledilməz siyasətə inad, yeganə düzgün yol – hərbi-siyasi yoldur! Müzəffər Ali Baş Komandan İlham Əliyev Xalqa müraciətlərində, şəhid ailələri, yaralı qazilər və dağıdılmış şəhərlərimizin yenidən təməlqoyma törənlərində, habelə doğma yurda ilk köçən vətəndaşlarımızla görüşlərdə bu məqamı dəfələrlə vurğulayıb.

Vətən müharibəsi göstərdi ki, məhz bu amil ölkəmizin gücünə güc qatdı, Zəfərimizi tarixi gerçəkliyə çevirdi. Budur, bütün regional layihələrdən təcrid olunmuş “dalan Ermənistan”dan fərqli olaraq, Azərbaycan transmilli layihələrlə regionda tamami ilə yeni mənzərə yaratmışdır. Məhz Azərbaycan Respublikası regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bizim ölkənin təşəbbüsləri yalnız öz xalqımızın, öz ölkəmizin deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarına cavab verir. Bu isə respublikamızın regional və beynəlxalq nüfuzunu gücləndirir.Azərbaycan uzun illər bütün aparıcı beynəlxalq təşkilatlarla işbirliyi içində olub, ən ədalətli həll üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa Birliyi ilə paraflanmış sənəddə sınırlarımızın toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilib.Azərbaycan 30 il davam edən beynəlxalq riyakarlıqlarla da üz-üzə qaldı. İşğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibət bəslənməsi nə demək idi?! Elə ona görə də, beynəlxalq qətnamələr kağız üzərində qalırdı. Ta ki, Azərbaycan dövləti, dövlət başçısının siyasi iradəsi, dövlət-xalq birliyi öz tarixi sözünü deyib, öz tarixi əyarını göstərənədək!

Bəli, müharibə qaçınılmaz oldu.Hələ çar Rusiyası dönəmində, müxtəlif ölkələrin ərazisindən əzəli, əbədi Azərbaycan torpağı Qarabağa köçürülən ermənilər, elə o vaxtdan başlayaraq bu günədək təxribatlarla, separatizmlə, terroçuluqla məşgul oldular. Sovet dönəmi çar dönəmindən heç də yaxşı olmdı.Tarixi Azərbaycan torpaqları əsassız qərarlarla Ermənistana verildi.Bundan öncə, İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu, onlara işgəncələr verildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı.Belə siyasət bir qədər pərdələnmiş şəkildə, Sovet illərində “kolxoçuların köçürülməsi” və s. “əsaslandırmalar”la davam etdirildi, Qərbi Azərbaycan azərbaycansızlaşdırlmağa başlandı. Azərbaycan Respublikasında elə bir nəsil, ailə varmı Ermənistanın işğalının acı sonuclarını özünün, doğmalarının üzərində, həyatında hiss etməmiş olsun? Tovuz döyüşlərindən sonra da ağıllanmayan Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları bardağı daşıran son damla oldu! Artıq gözləmə, dözüm limiti tükənmişdi, Azərbaycan xalqı tarixi “İrəli” Əmrini gözləyirdi. Tarixi Zəfəri üç on il boyu gözləyən xalq, Ali Baş Komandanın Əmrini gözləyirdi! Və o Əmr verildi! – Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi!Dövlət-Xalq, Xalq-Ordu birliyi unikal hadisələrdi! Müharibənin, Zəfərin rəmzi olan Dəmir Yumruq həm də xaqlızımın birliyini, dəmir iradəsini simvoıizə edir! Xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi! On minlərlə vətəndaşımızın orduya könüllü yazılması, eləcə də, təxribatlar zamanı əhalinin öz ev-eşiyini tərk etməməsi, bir sözlə, xaricdən heç nə, heç kim tərəfindən qorxu ilə, pozuculuqla, təxribatla nəyəsə nail olmaq cəhdi alınmadı! Azərbaycan haqq etdiyi Zəfərə imza atdı! Çünki işimiz haqq işi idi! Şünki biz ədaləti bərpa etdik! Şanlı Ordumuz 27 sentyabr 2020-ci ildə başladığı uğurlu əks-hücum əməliyyatı zamanı 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi,
Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi,
Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri!Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ səmtlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu!

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti Üçtərəfli Bəyanata imza atdı. Bəyanata əsasən atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bu Bəyanata əsasən Ermənistan 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını boşaltdı! Ermənistanın uzun illər davam etmiş ağır işğalına son qoyuldu.Əlbəttə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi də Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu əvəzsiz müttəfiqlik özünü bütün əməli çalışma sahələrində, hər yerdə göstərir – siyasətdə, iqtisadi işbirliyində, enerji, iri nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və s. göstərir. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi ismarıc idi. Əsgərlərimizin Azadlıq meydanından çiyin-çiyinə keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Bir sözlə, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı, əziz şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan ardıcıl təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında Zəfər çaldı.

“Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sabun köpüyündən savayı bir şey olmadığı dəqiqliklə üzə çıxdı. Və sübut olundu ki, Azərbaycan yalnız “qalib” ədalı Ermənistana deyil, dünya erməniliyinə, Ermənistanın bütün havadarlarına zərbə vurub, onları məğlub etməyi bacarıb! Bu böyük uğurun, tarixi Zəfərin təminatçısı, qarantı olan Müzəffər Ordu və onun Ali Baş Komandanı İlham Əliyev xalqımızın, dövlətimizin, mədəniyyətimizin, ləyaqətimizin nələrə qadir olduğunu bütün dünyaya göstərdi! 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra iki mühüm hadisəni vurğulamaq lazımdır. Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi “Şusa Bəyannaməsi”və”Böyük Qayıdış”. Bütün digər konkret işlər, əməli fəaliyyətlərlə birgə bu iki hadisə Prezident İlham Əliyevin müdrikliyini, uzaqgörənliyini, qətiyyətini, peşəkarlığını bir daha təsdiq edir. 23 saat 43 dəqiqə. Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyatı məhz bu qədər vaxt davam etdi. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu möhtəşəm qələbə çaldı. Bununla da, biz cənab Prezident İlham Əliyevin “nəyi, necə , nə vaxt edəcəyimi, bunu mən bilirəm” ifadəsinin növbəti dəfə öz təsdiqini tapdığının şahidi olduq.

Faktiki olaraq, Azərbaycan noyabr ayının 10-da Azərbaycan və Rusiya Federasiyası prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış Üçtərəfli bəyanatdan irəli gələn və 3 ildir ki, yerinə yetirilməyən 4-cü bəndi uğurla icra etdi. Əməliyyatların uğurla başa çatması, separatistlərin təslim olması və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax rayonunda görüşə razılıq verməsi və Xankəndi şəhərində Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının qaldırılması Azərbaycan dövlətinin gücünün və dövlətçiliyinin növbəti təntənəsidir.

Ələfsərova Həmidə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button