
Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.
Victorytime.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, Kür çayında boğulan Şıxsalahlı kənd sakini 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.



