AnalitikaGündəmOrdu

27 Sentyabr – Qələbəyə Aparan Yol

Azərbaycanın tarixi yaddaşında 27 sentyabr xüsusi məna kəsb edir. 2020-ci ilin məhz bu

günündə xalqımız 30 ilə yaxın davam edən ədalətsizliyə son qoymaq üçün ayağa qalxdı.

Qarabağ münaqişəsinin kökləri Sovet İttifaqının süqut dövrünə gedib çıxır. 1988-ci ildən

etibarən Ermənistan silahlı qüvvələrinin və separatçı qüvvələrin hücumları nəticəsində

Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal edilməyə başlandı. 1990-cı illərin əvvəllərində

müharibə genişmiqyas aldı və 1994-cü ilin 12 mayında Ulu Öndər Heydər Əliyevin başçılığı

altında imzalanan atəşkəsə qədər davam etdi. Bu müddət ərzində Azərbaycanın Dağlıq

Qarabağ bölgəsi və ətraf rayonları. Nəticədə 1 milyona yaxın azərbaycanlı öz doğma

torpaqlarından didərgin düşdü, minlərlə mülki şəxs qətlə yetirildi, yüzlərlə kənd və şəhər

dağıdıldı, Azərbaycanın tarixi və mədəni irsi məhv edildi.

Münaqişənin həlli üçün müəyyən mexanizmlər formalaşdırılsa da, onlar nəticəsiz qaldı.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu əsas vasitəçi qurum kimi tanınırdı, lakin illərlə

aparılan danışıqlar heç bir səmərə vermədi. Ermənistan status-kvonu qoruyaraq işğalı

davam etdirdi, böyük dövlətlər isə prosesin uzadılmasına göz yumdular. 1993-cü ildə

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli

qətnamələri qəbul etdi və işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Lakin

Ermənistan bu sənədlərə məhəl qoymadı, beynəlxalq təşkilatlar isə onların icrasını təmin

edə bilmədi. Beləliklə, Azərbaycan xalqı illərlə beynəlxalq hüququn bərpa olunacağı günü

gözlədi, amma ədalət yalnız 2020-ci ildə öz gücümüzlə bərpa edildi.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan

tarixinin ən mühüm dönüş nöqtələrindən birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin

düzgün və qətiyyətli siyasəti, ordumuzun gücü, xalqımızın həmrəyliyi və əzmi “dəmir

yumruq” kimi birləşərək düşmən üzərində tarixi qələbə qazandırdı. Bu, yalnız hərbi əməliyyat

deyildi, həm də diplomatik uğur idi. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı,

beynəlxalq hüququn prinsipləri və BMT qətnamələri faktiki olaraq həyata keçirildi. 30 illik

həsrət sona çatdı, işğal altındakı torpaqlarımız azad edildi və Azərbaycanın ərazi bütövlüyü

bərpa olundu.

Lakin bu qələbə böyük fədakarlıq bahasına başa gəldi. Minlərlə igid oğullarımız şəhidlik

zirvəsinə ucaldı, onların qəhrəmanlığı və qanı ilə yazılmış tarix bu gün müstəqilliyimizin və

azadlığımızın ən möhkəm dayağıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

qərarı nəticəsində 27 sentyabr “Anım Günü” kimi qeyd olunur və bu gün hər il xalqımız

şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir.

27 sentyabr həm kədərin, həm də qürurun günüdür. Qarabağ uğrunda verilən mübarizə

sadəcə torpaqların qaytarılması deyildi, bu həm də milli ləyaqətin, tarixi ədalətin və

dövlətimizin gücünün təsdiqi idi. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, bu gün biz həm

qələbəni, həm də fədakarlığı birlikdə xatırlayırıq.

Müşərrəf Kərimli
YAP-ın gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button