27 Sentyabr – Anım Günü

27 Sentyabr Azərbaycan xalqının tarixində mühüm yer tutan günlərdən biridir. Bu tarix 2020-ci ildə Vətən müharibəsinin başladığı gün kimi yadda qalıb. Hər il 27 Sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Bu gün Vətənimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərimizin xatirəsi ehtiramla yad edilir. Onların göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Anım Günü münasibətilə şəhidlərin məzarları ziyarət olunur, onların ailələrinə diqqət və ehtiram göstərilir. Müxtəlif müəssisələrdə və təhsil ocaqlarında bu tarixə həsr olunmuş tədbirlər keçirilir.
27 Sentyabr bizə şəhidlərimizi unutmamağı, tariximizi öyrənməyi və Vətənə olan sevgimizi qorumağı xatırladır. Bu əlamətdar gün xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı



