Analitika

26 fevral tarixində Xocalıda Prezident İlham Əliyevin çıxışı

Prezident İlham Əliyev: Otuz iki ildən sonra biz torpaqlarımıza qayıtmışıq. Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 26 fevral günü Memorial Kompleksin təməli qoyulacaq. Biz bu hadisəni yaşayanların xatirəsini anaraq qeyd edirik. Bu gün burda Xocalıda təməli qoyulan Memorial Kompleksin layihəsi çoxdan hazır idi, yerdə seçilmişdi. Lakin bu layihənin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər edirdim və təxirə salırdım. Çünki həm inanırdım ki biz Xocalıya qayıdacağıq və günahsız insanların xatirəsini məhz bu torpaqda yaradacağıq. Otuz iki ildən sonra biz, sizlərlə birgə burdayıq və Qarabağın hər bir guşəsinə sahib kimi qayıtmışıq.

Burada bərpa işləri, quruculuq işləri aparırıq. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək, daim bu qanlı soyqırımı unutmayacıq və unutdurmayacıq. Ermənistan dövləti bu faciəni törədərək, günahsız insanlarımızı amansızlıqla qətlə yetirmşdir. 613 insan vəhşicəsinə öldürülmüş, 150 insan itgin düşmüş, 1000dən çox insan girov götürülmüşdür. Bir gecə içində insanlarımız vəhşicəsinə bu hadisənin qurbanına çevrilmişdir. Əfsuslar olsun ki, “Xocalıya ədalət” çağırışımız cavabsız qaldı. Böyük dövlətlər, təşkilatlar bu faciəyə biganə qaldı. Heydər Əliyev Fondu dövlət qurumları, xaricdə yaşayan Azərbaycanlılar Xocalı soyqırımını tanıtmaq üçün çox böyük səylər göstərdi və göstərir. Bunu inkar etmək ədalətsizlik, vicdansızliqdır. Bu hadisəni ört- basdır edənlər Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməsin və cəzasız qalsın deyə görməməzlikdən gəlir. Qarabağ müharibəsi ədalətin təntənəsi oldu. İşğalda olan torpaqlarımız geri alındı. Biz Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab etmirdik, çünki bu faciə ürəklərdə böyük yaralar açmışdı. Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Antiterror əməliyyatı ilə bunu etdik və ərazimizi bütövləşdirdik. Biz döyüş meydanında qisasımızı aldıq və bayrağımızı bütöv Azərbaycanın işğaldan azad olunan torpaqlarında  ucaltdıq. Bu il Xocalı və Xankəndidə yaşayış bərpa ediləcək. Şuşaya, Agdama köç başlayacaq. 2020-ci il vətən müharibəsi, həm keçən ilin antiteror əməliyyatı humanitar hüquqa uyğun olaraq aparıldı və bunu hər kəs bilir. Bu xalqımızın nə qədər böyüklüyünü göstərir. Halbuki hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotoşəkillərə baxanda bizi qəzəb boğur. 30 il yox 300 il keçsə belə biz bu vəhşiliyi unutmayacıq və qəzəb bizi boğacaq.

Bu gün biz burdayıq. Burda olmağımız tarixi ədalətin bərpasıdır. Ordumuzun peşəkarlığı, cəsarəti sayəsində biz tarixi torpaqlarımızı azad etdik. Xocalı qurbanlarının, şəhidlərimizin  bu gün ruhu şaddır.  Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button