25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu
Qubadlı rayonu qədim tarixi, zəngin tarixi abidələri, ölkəmizdə və onun hüdudlarından xaricdə məşhur olan ziyalıları, bütün tarixi dövrlərdə qurub – yaradan istedadlı övladları, xüsusilə 1993-cü ilin avqustunda erməni quldurları tərəfindən rayon ərazisinin işğalı və işğalçılara qarşı aparılan qəhrəmanlıq mübarizəsində şücaət göstərən Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev kimi igid oğulların vətənidir. Bu qədim yurd – dünya sufizm fəlsəfəsinə Mirhəmzə Seyid Nigari kimi filosof, Azərbaycan elminə Mirmehdi Xəzani kimi maarifçi, azadlıq mübarizəsi tariximizə Qaçaq Nəbi kimi qəhrəman bəxş etmişdir. Qədim oğuz – türk yurdu olan Qubadlı rayonu çoxsaylı tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Bunların içərisində qədim qəbiristanlıqlar, mağaralar, məbədlər, qalalar, türbələr, taxta körpülər xüsusi yer tutur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Qubadlı rayonu kiçik Qafqazın Cənub – Şərqində yerləşir. O, qərbdən Ermənistan, Şimaldan Laçın, Şərqdən Cəbrayıl, Cənubdan isə Zəngilan ilə həmsərhəddir. 30 illik işğal dövründə xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdir. Cenevrə Konvensiyasına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün Azərbaycanın əzəli torpaqlarında xaricdə yaşayan ermənilərin pulu ilə xanlıqda qəsəbə salınmışdır.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı strateji cəhətdən və relyefinə görə ən əlverişli müdafiə qabiliyyəti olan qədim Azərbaycan torpağıdır. Şəhərin azad edilməsi bir neçə gün çəkdi. Burada ermənilər güclü istehkamlar qurmuşdular. Yaranan çətinliklərə baxmayaraq Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı əks – hücüm əməliyyatı nəticəsində noyabrın 9-da Qubadlı şəhəri və rayonun 41 kəndi azad edildi. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Leyla Fətəliyeva,
YAP-ın fəalı