Analitika

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası

2020-ci  ilin  9 yanvar  tarixində   Azərbaycan Respublikasının  Energetika  Nazirliyi  ilə Birləşmiş Ərəb  Əmirliklərinin “ Masdar”  Şirkəti  arasında  İcra  müqaviləsi  imzalanmışdır.Müqavilə  uyğun  olaraq  “Masdar”  şirkəti  tərəfindən  230  MVt  gücündə  günəş  stansiyasının  tikintisi  ilə  bağlı  pilot   layihənin  icra   edilməsi  nəzərdə   tutulmuşdur.  Bu  istiqamətdə  2021-ci  ilin 6 aprel  tarixində  Azərbaycan  Respublikasının  Energetika  Nazirliyi və “Azərenerji”  ASC  ilə  Birləşmiş  Ərəb  Əmirliklərinin “ Masdar” şirkəti  arasında  230  MVt  gücündə   günəş  elektrik  stansiyası  layihəsi   üzrə  “İnvestisiya  müqaviləsi,“  “ Enerji  alqı-satqı  müqaviləsi”, “ Ötürücü   şəbəkəyə  qoşulma müqaviləsi”  imzalanmışdır. Nəzərdə  tutulan  230  MVt  gücündə  günəş  elektrik  stansiyasının   Ələt  qəsəbəsindən  9 km şimal-qərbdə   yerləşən   ərazidə  tikintisi  planlaşdırılır.2022-ci  ilin  15  mart  tarixində  Azərbaycan  Respublikasının  Prezident   cənab  İlham  Əliyevin   və  Birləşmiş  Ərəb  Əmirliklərinin   energetika və infrastruktur  naziri   Suhail   Al  Mazroueinin  iştirakı  ilə  “Masdar”  şirkəti  tərəfindən   Azərbaycanda  inşa  ediləcək  230  MVt  gücündə  “Qaradağ” Günəş  Elektrik   Stansiyasının   təməl  qoyma mərasimi  keçirilmişdir.  Doğrudan da  çox  önəmli  bir  hadisədir ,230  meqavat  gücündə  olan   bu  stansiya   həm  ölkəmizin  enerjiyə  artan  tələbatını   ödəyəcək,eyni  zamanda, ixrac   imkanlarımızı  da  genişləndirəcək.  Bu  böyük   layihənin    icraçısı   dünyada  tanınmış  və  bu  sahədə  böyük   təcrübəsi  olan  “Masdar”  şirkətidir.  ”Masdar”  şirkətinin  bu  sahədə   çox  böyük  təcrübəsi   var,  bir  çox  ölkələrdə   uzun  illər  uğurla  fəaliyyət   göstərir.  Bu  şirkətin   Azərbaycana   sərmayə  qoyması  çox  təqdiredici   bir   haldır. Bu  bir  daha  onu  göstərir  ki,  Azərbaycan   xarici   sərmayə  üçün  çox   cəlbedici   ölkədir,  açıq  ölkədir.  Azərbaycanda   çox  gözəl  investisiya  iqlimi  vardır  və  eyni   zamanda,  Azərbaycan  xarici  tərəfdaşlar   qarşısında  üzərinə  düşən  bütün  öhdəliklərini  yerinə  yetirir. Bu gün  Azərbaycan  həm   xam nefti,  təbii  qaz,  neft  məhsulları  və  elektrik enerjisini   ixrac   edən  ölkədir.

“Masdar” şirkəti  bizim   üçün  dost   ölkəni-Birləşmiş   Ərəb   Əmirliklərini  təmsil  edir. Bizim  ikitəfli  münasibətlərimiz   çox  yüksək  səviyyədədir.  Həm  siyasi,  həm  iqtisadi,  həm  də digər  sahələrdə  uğurla  əməkdaşlıq   edirik.  Ticarət   əlaqələrimiz  artır, turizm  sahəsində   çox   böyük   imkanlar  var.  Bir   sözlə,  Birləşmiş  Ərəb  Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi  var.

Bütövlükdə Azərbaycanda  mövcud  olan  sabitlik,  iqtisadi  inkişaf,  qonşu  ölkələrlə  münasibətlərimiz,  nəqliyyat,  kommunikasiyalar ,  elektrik   xətləri   nöqteyi- nəzərdən   qonşu  ölkələrlə  sıx   təmaslar  unikal  bir  vəziyyət  yaradır  ki,Azərbaycan   nəinki  xam  neft,  neft  məhsulları   və  təbii  qaz,  eyni  zamanda, elektik   enerjisinin   böyük  istehsalçısı  və  ixracatçısı  olacaqdır.

Qonşu  ölkələrdə  və  Avropa  qitəsində  elektrik  enerjisinə  böyük   ehtiyac  vardır. Biz  elektrik   enerjisini   yalnız  ekoloji  cəhətdən  təmiz   mənbələrdən  istehsal   edirik-  təbii  qaz,su, günəş  və külək . Azərbaycanda  bərpaolunan  enerji  növıərinin  potensialı  həddindən  artıq  böyükdür. Məhz   buna  görə  dünyanın  aparıcı  enerji  şirkətləri  indi  Azərbaycanla  əməkdaşlıq   etməyə çox maraqlıdırlar. İşğal  dövründə  30  il  ərzində  ermənilər   və  Ermənistan   dövləti  o vaxt   işğal  altında  olan  torpaqlarda   bütün   infrastrukturu,bütün  binaları, tarixi,  dini  abidələrimizi  dağıtmışdılar, bunu  təsdiqıəyən  bir  çox  sənədlər,  video- foto  məlumatlar  vardır.  O cümlədən  Kəlbəcər  və Laçın  rayonlarında  30-dan  çox  su  elektrik  stansiyasını  məhv  etmişlər  və  biz  artıq  azad  edilmiş  torpaqlarda   genişmiqyslı  işlərə  başlayaraq,  o cümlədən  elektroenergetika  sahəsinə  böyük  diqqət   göstərmişik.

Nəsirova Ofelya,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button