
20 sentyabr Azərbaycan üçün yeni və mühüm milli gündür — Dövlət Suverenliyi Günü. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alınmışdır.
2023-cü ilin 19–20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda Azərbaycan Silahlı Qüvvələrinin apardığı antiterror əməliyyatı nəticəsində həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpası təmin edildi. Əməliyyat qısa müddətdə başa çatdı və dövlət hakimiyyəti ölkəmizin bütün ərazilərində bərpa olundu. Bu hadisə Azərbaycan Respublikasının suverenliyinin tam bərpası kimi tarixə düşdü.1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizə qarşı işğalçı siyasət aparılmış, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında qalmışdır. Bu illər ərzində xalqımız soyqırımı, deportasiya və faciələrlə üzləşmişdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və ardınca 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. 20 sentyabr isə bu tarixi prosesin zirvəsi, dövlətimizin suveren hüquqlarının təsdiqi oldu.
20 sentyabr yalnız hərbi qələbə deyil, həm də dövlətçilik tariximizin dönüş nöqtəsidir. Bu tarix:
- Azərbaycanın suveren hüquqlarının tam bərpasını,
- Milli birliyin gücünü,
- Dövlətimizin iradə və qüdrətini,
- Şəhidlərimizin qanı ilə qorunan azadlığımızı ifadə edir.
Suverenliyin və ərazi bütövlüyünün təntənəsi: Bu gün Azərbaycanın dövlətçilik yolunda ən mühüm mərhələlərdən birini simvolizə edir.Milli həmrəyliyin gücləndirilməsi: 20 sentyabr xalqımızın birlik və həmrəyliyini nümayiş etdirir.Şəhidlərə ehtiram: Suverenliyin bərpası uğrunda canından keçənlərin xatirəsi bu gündə hörmətlə yad olunur. Gələcək nəsillərə mesaj: Bu gün gələcək nəsillərə dövlətçilik, azadlıq və müstəqilliyin müqəddəsliyi barədə dərsdir. 20 sentyabrda ölkə üzrə müxtəlif rəsmi tədbirlər keçirilir. Dövlət rəhbərlərinin çıxışları, hərbi parad və mərasimlər, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər, mədəniyyət və maarifləndirici proqramlar bu günün qeyd olunmasının əsas hissəsini təşkil edir. Eyni zamanda məktəblərdə və universitetlərdə xüsusi dərslər, sərgilər və müzakirələr keçirilir. 20 sentyabr — Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixində yeni bir mərhələdir. Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsinin, dövlətimizin əzminin və qətiyyətinin təntənəsidir. Suveren Azərbaycan dövlətinin gələcək nəsillərə güclü, müstəqil və əbədi olaraq ötürülməsi üçün bu gün xüsusi rəmzi və tarixi əhəmiyyət daşıyır.
Yaşasın suveren və qüdrətli Azərbaycan!
İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məslətçi