AnalitikaGündəmSiyasət

20 Sentyabr – Tarixi yaddaşın və qürurun günü

Azərbaycanın müasir tarixi şərəfli səhifələrlə zəngindir. Onlardan biri də 20 Sentyabr tarixidir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlığı ilə bağlı xalqımız üçün həm qürur, həm də yaddaş gününə çevrilmişdir.

Uzun illər ərzində bu torpaqlar işğal altında qalmış, yüz minlərlə soydaşımız öz yurd-yuvasından didərgin düşmüş, Xocalı isə bütün bəşəriyyətin qan yaddaşına qətliam məkanı kimi həkk olunmuşdu. Lakin Azərbaycan xalqı heç vaxt bu ədalətsizliyə boyun əymədi. Dövlətimizin siyasi iradəsi, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə tarixi dönüş baş verdi – işğalın simvolu olan şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı.

20 Sentyabrın bu şəhərlərin günü kimi qeyd olunması həm şəhidlərimizin ruhuna ehtiramın, həm də müasir Azərbaycan dövlətinin gücünün təsdiqidir. Bu gün bir daha sübut edir ki, milli həmrəylik, qətiyyət və inam olduğu halda heç bir maneə xalqımızın qarşısında dayana bilməz.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə indi yalnız coğrafi məkan deyil, həm də milli qürurun, tarixi zəfərin və gələcəyə inamın rəmzinə çevrilib.

20 Sentyabr Azərbaycan xalqının yaddaşında müstəqilliyimizin, ərazi bütövlüyümüzün və dövlətimizin sarsılmazlığının təcəssümü kimi daim yaşayacaq.

Həsənova Səbinə
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button