Analitika

20 Noyabr 2020-ci il Kəlbəcərin azad olunması

27 illik bu həsrətə 25 Noyabr 2020-ci ildəson qoyuldu. Bu günü xalqımız uzun illərdi ki gözləyirdi. 44 günlük vətən müharibəsində 4 rayonu, Şuşa və Qarabağdakı digər torpaqları Ali Baş Komandan və Azərbaycanın qalib ordusunun şücayəti sayəsində azad olundu. Noyabrın 10-u imzalanan üçtərəfli bəyənnamə əsasında 20 noyabr 2020-ci il Ağdam, 1 dekabr 2020-ci il Laçın və 25 noyabr 2020-ci il Kəlbəcər rayonları itkisiz Azərbaycana qaytarıldı. Bu döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da İlham Əliyevin qalib olmasının göstəricisidir.

Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğadan azad olunması münasibəti ilə noyabrın 25-də Azərbaycan xalqını və Kəlbəcərliləri təbrik etdi və əlamətdar gün hesab edib.

Kəlbəcər rayonunun işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlük vermişdi. Kəlbəcər üzərindən Ermənistanla, Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvələr göndərmişdir.

Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cümhuriyyətinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqların işğal altına düşməsində 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gələnlərin üzərinə düşür. İşğalçı Ermənistan 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal edərkən 53340 nəfər öz yurdundan didərgin düşmüş, 55 nəfər hərbiçi, 511 mülkü sakin öldürülmüşdür. 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Minlərlə sakin yaralanmışdırş

Artıq 27 illik həsrət, niskil Ali Baş Komandan və ordumuz sayəsində sonlanmışdır. Bu gün artıq Kəlbəcər rayonunun azad olunmasından 3 il ötür. Xalqımız inanır ki, bu gün olduğu kimi hər zaman öz güclü lideri cənab İlham Əliyev sayəsində azad olunan torpaqlarımız daha da gözəlləşib, abad olacaq. Öz yurdundan didərgin düşmüş Kəlbəcər sakinləri doğma torpaqlarına geri dönəcək. Doğma Qarabağımız gün-gündən gözəlləşəcək. Bu gün Prezident İlham Əliyev tərəfindən ucaldılan üçrəngli Azərbaycan bayrağı, nəinki Kəlbəcər hətta Qarabağda, Şuşada dalğalanmaqdadır. Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu şaddır.

Qarabağ Azərbaycandır!

Həsənova Səbinə,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button