
Azərbaycan xalqı tarixən çox keçməkeşli çətin yollardan keçmişdir. Uzun əsrlər boyu müxtəlif dövlətlərin işğalına məruz qalan ölkəmiz ağır sınaqlardan keçmişdir. Ölkəmizin tarixində son əsrlərdə bir çox qürurlu səhifələrlə yanaşı, faciə və soyqırımlarla dolu səhifələr də daxil olmuşdur. Bu dəhşətli soyqırımlardan biri də 1918- ci ilin mart-aprel aylarında baş vermişdir.
1918-ci il mart soyqırımı öz amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, dünya tarixinin ən qanlı faciələrindən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Qubada, Şamaxıda, Zəmgəzurda, Lənkəranda, Gəncədə və digər ərazilərdə də həyata keçirilmişdir. On minlərlə soydaşımız amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak cəlladları dinc əhalini kütləvi şəkildə qətlə yetirmişdir. Sadəcə XX əsrdə deyil son 200 ilə yaxın bir müddətdə təcavüzlar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımlar həyata keçirilmişdir.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət əsl həqiqət ümumilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyevin 1998- ci il 26 mart tarixli “ Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu soyqırıma siyasi-hüquqi qiymət verilməsi istiqamətində səylərin artırılmasına təkan vermişdir. O vaxtdan başlayaraq, 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya içtimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin tarix müəllimi